Menu

«Rusiya qonşu ölkələrə həyətyanı sahəsi kimi baxır» - Amerikalı general

07.09.2015, 18:25
«Rusiya qonşu ölkələrə həyətyanı sahəsi kimi baxır» - Amerikalı general

“NATO-ya üzv qəbul olunmaq üçün, Gürcüstan bütün alətlərə sahibdir”. AzPolitika.info-nun “Qruziya Online” saytına istinadən verdiyi məlumata görə, bunu ABŞ SSQ-nin Avropa qoşunlarının komandanı general Ben Hodges bildirib.

“Biz hamımız regionda sabitlik, sülh və təhlükəsizlik istəyirik. Bunu NATO, həmçinin Avropa İttifaqı istəyir. Gürcüstan sülhməramlı əməliyyatlara qatılmağa başlayandan sonra, gürcüstanlı hərbçilər NATO əsgərləri ilə İraq və Əfqanıstanda çiyin-çiyinə vuruşub və vuruşmağa davam edir. Əfqanıstan missiyasında Gürcüstan ABŞ-dan sonra ikinci böyük hərbi kontingenti ilan ölkədir. Baş katib Yens Stoltenberq də Gürcüstana səfəri zamanı deyib ki, bu ölkənin NATO-ya qoşulmaq üçün bütün lazımi alətləri var”, - deyə Hodges vurğulayıb.

O, Rusiyanın hərəkətlərindən və Gürcüstanda NATO Təlim-Tədris Mərkəzinin açılmasından da söz açıb: “Birləşmiş mərkəzin açılması təhlükəsizlyi gücləndirmək üçün məntiqi addımdır. Mərkəz kiməsə qarşı yönəlməyib, onun məqsədi Gürcüstanın təhlükəsizlik qüvvələrinə ölkənin müdafiəsində dəstək verməkdir. Mən düşünmürəm ki, bu, hansısa şəkildə sabitliyi poza bilər. Sabitliyi pozan Rusiyanın qeyri-leqal şəkildə Gürcüstanın suveren ərazisini 2008-ci ildə etdiyi kimi ələ keçirməsidir, Aİ-nin müşahidəçi missiyasının Cənubi Osetiya və Abxaziyaya buraxılmamasıdır. Sabitliyi məhz o pozur ki, Rusiya qonşu ölkələrdən həyətyanı sahəsi, yəni özünün nəzarət edə biləcəyi nüfuz dairəsi kimi danışır. Artıq 21-ci əsrdir və müstəqil demokratik ölkələrin öz təhlükəsizliyi və gələcəyi ilə bağlı məsələləri həll etmək haqqı var. Onların yerinə qərar qəbul etməyə Rusiyanın haqqı çatmır”.

Hodges Gürcüstana rəsmi səfərə gəlib və sabahdan onun ölkə rəhbərliyi və digər rəsmilərlə görüşləri başlayacaq.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol