Menu

Fərəcov Əzizovun "vurulmasının" səbəbini açıqladı - "Şəhəri məhv etmisiniz"

10.09.2015, 11:39
Fərəcov Əzizovun "vurulmasının" səbəbini açıqladı - "Şəhəri məhv etmisiniz"

"Şəhərdə yer qoymamısınız, bircə binaların damları qalmışdı"

Sumqayıt şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə sərt tənqid atəşinə tutulan qurumlardan biri də Memarlıq və Şəhərsalma İdarəsi olub.Bu barədə Xeberle.com saytı məlumat yayıb.

Müşavirədə bildirilib ki, ən çox nöqsanların olduğu qurumlardan biri də Memarlıq və Şəhərsalma İdarəsidir.İdarənin müdir müavini Kamil Məmmədovun məruzəsi dinlənildikdən sonra icra başçısı Zakir Fərəcov şəhərdə acınacaqlı vəziyyətin hökm sürdüyünü, tikinti qaydalarının kobud şəkildə pozulduğunu, şəhərin estetik görünüşünün bərbad hala salındığını və tikintilərin şəhərin Baş planına uyğun olaraq aparılmadığını və nəhayət bu özbaşınalığa şərait yaradanların ciddi şəkildə cəzalandırılacağını diqqətə çatdırıb.

İcra başçısı Kamil Məmmədovun fəaliyyətini sərt tənqid edib:“Kamil müəllim, bilirsinizmi sizi sakinlərin əlinə versəm, nə edərlər?! Cavab vermək istəmirsinizsə, deyim, sizi parçalayarlar, didərlər. O qədər sumqayıtlıları, sahibkarları incitmisiniz, o qədər onlara süni əngəllər yaratmısınız ki! Memarlığın rəisi Həsən müəllimin isə sanki heç bir səlahiyyəti yoxdur, oturub kabinetində çay içir.

Bütün işləri müavin Kamil müəllim “həll edir”. Siz şəhərin yaşıllığını məhv etmisiniz. 50-60 il öncə əkilən ağacların kəsilməsinə rəvac vermisiniz. Şəhərdə yer qoymamısınız, bircə binaların damları qalmışdı. Gördüyünüz işlər də göz qabağında, parkda Heydər Əliyevin adına tikilən mərkəz heç elə böyük şəxsiyyətə layiqdirmi?! O adi bir obyektə oxşayır, sadəcə içini bir az şəkillərlə bəzəmisiniz.

Sülh küçəsi bərbad haldadır, qeyri-standart obyektlər ard-arda düzülüb, 90 faizinin də sənədi qanunsuzdur. İndi mən onları necə sökdürüm? Bir çoxları kasıb insanlardır, əksəriyyətinin krediti var. Biz gərək kompromisə gedək, kompensasiya ayıraq onlara. Mən əgər dərhal o obyektləri sökdürsəm, insanlar daha çətin duruma düşərlər, stress, xəstəlik taparlar. Niyə məni insanlarla üz-üzə qoyursunuz?! Odur ki, özünüz camaatla danışarsınız, səhvlərinizi düzəldərsiniz”.

Qeyd edək ki, Zakir Fərəcov bu sözləri Kamil Məmmədova desə də, əslində ünvan Sumqayıtın sabiq icra başçısı Eldar Əzizovdu. Çünki hasmı bilir ki, Sumqayıtda bütün işlər Eldar Əzizovun tapşırığı, icazəsi və nəzarəti altında həyata keçrilib. Odur ki, Zakir Fərəcovun bütün iradlarını əslində keçmiş icra başçılsına ünvanlanmış hesab etmək olar. Necə deyərlər, qızım sənə deyirəm, gəlinim sən eşit.

Z.Fərəcovun birinci iclasda ortaya qoyduuğu faktlar əslində Eldar Əzizovun niyə işdən çıxarıldığını da aydın göstərir. Ya bacarmırmış, ya da şəxsi maraqlarını bütün məsələlərdən üstün tuturmuş. Bu da Sunmqayıt kimi ölkənin ən böyük şəhərlərindən birinin məhv olmasına gətirib çıxarıb. Zakir Fərəcov sözün həqiqi mənasında, bu dağılmış şəhəri bərpa etməyə göndərilib. Bacaracaqmı, zaman göstərəcək. 

Rasim

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol