Menu

Putin Nyu-Yorkda nə danışacaq? - Obama ilə görüş planda yoxdur

10.09.2015, 16:06
Putin Nyu-Yorkda nə danışacaq? - Obama ilə görüş planda yoxdur

Rusiya prezidenti Vladimit Putin yaxın günlərdə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 70-ci sessiyasının açılışında əsas diqqəti Suriya problemi və İŞİD-lə mübarizəyə yönəldəcək.

AzPolitika.info-nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin sözçüsü Dmitriy Peskov bildirib ki, Nyu-Yorkda Putinin Roma papası Fransisklə də görüşməsi istisnaolunmur.

Onun sözlərinə görə, dünya liderləri ilə də ikitərəfli görüşlər hazırda “işlənmək” üzrədir.

Peskovun sözlərinə görə, hələlik Obama və Putin arasında görüş planlaşdırılmır. Bundan əvvəl iki superdövlət rəhbərinin Nyu-Yorkda görüşünün gözləndiyi barədə məlumatlar yayılmışdı və Ağ Ev də belə bir görüşün gözlənildiyini açıqlamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol