"Məscidül-Həram"ın genişləndirilməsi işləri zamanı qaldırıcı kranın aşması nəticəsində 107 nəfər ölüb, 238 nəfər xasarət alıb.
Trend "Əl-Cəzirə"-yə istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistan mülki müdafiə rəsmisi bildirib.
Bundan əvvəl 87 nəfərin öldüyü, 183 nəfərin xasarət aldığı bildirilirdi.
Hazırda xilasedicilər və təcili tibbi yardım briqadası hadisə yerindədirlər.
Hadisəyə ilkin səbəb kimi güclü yağış yağması göstərilir.
Qeyd edək ki, hazırda Məkkədə Ümrə ziyarəti həyata keçirilir.
***
Son məlumatlara görə, ölən zəvvarların 87-ə yüksəlib. 184 nəfər isə yaralanıb Ölənlər arasında bir nəfər Türkiyə vətəndaşı var. Əraziyə 10-larla təcili yardım maşınları cəlb edilib.
Musavat.com xəbər verir ki, yaralılar arasında 14 nəfər Türkiyə vətəndaşıdır.
Allah rəhmət etsin
Əldə olunan dəqiqləşdirilmiş məlumata əsasən Kəbədə qaldırıcı kran aşaraq yaxınlıqdakı tikilinin divarını uçurub.APA-nın məlumatına görə, dağıntılar altında qalanlar var. Şahidlərin sözlərinə görə ziyarət zamanı ətrafdakı

Azərbaycan vətəndaşları arasında zərərçəkən yoxdur. Azərbaycandan Məkkəyə gedən azərbaycanlı zəvvarlar Mədinədə mehmanxanalara yerləşdirilib.








---

APA TV-nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün cümə namazından sonra zəvvarlar Ümrə ziyarəti həyata keçiriblər. Bu zaman güclü yağış başlayıb və qəfildən partlayış səsi eşidilib. Jurnalist səsin ildırım səsinə bənzədiyini deyib. Partlayışdan sonra Kəbənin içərisində güclü dağıntı baş verib. Dağıntılar altında çoxlu sayda insanın qaldığı bildirilir.


Şərhlər