Almaniyanın Ludvigsburg şəhərindəki Milli Görüş Təşkilatına bağlı olan “Hacı Bayram Vəli” Məscidinə hücum olunub.
AzPolitika.info-nun “Dünya Bülteni”nə istinadən verdiyi məlumata görə, 5 nəfər qara paltarlı şəxs gecə saatlarında məscidin pəncərə şüşələrini daşa tutaraq, “Audi A1” avtomobilində hadisə yerindən uzaqlaşıblar.
Böblingen Kriminal Polis Dairəsinin istintaqı davam etdirdiyi və hadisəni görənlərdən kömək istədiyi bildirilir.
Təcavüzkarların 10 kiloya qədər çəkisi olan daşlar atdıqları, məscidin giriş qapısının şüşələrinin qırıldığı qeyd edilib. Polisin təxminlərinə görə, məscidə təxminən 2 min avroluq maddi ziyan dəyib. Lakin Milli Görüş Təşkilatının region rəhbəri Zeki Şəkər ziyanın 20 min avroya yaxın olduğunu deyib.

Şərhlər