Menu

«Budulay» torpağa tapşırıldı

18.09.2015, 14:23
«Budulay» torpağa tapşırıldı

Moldova KİV-nin məlumatına görə, SSRİ kinemotoqrafının incilərindən sayılan məşhur «Qaraçı» filminin baş rolunun (Budulay) ifaçısı, SSRİ xalq artisti Mixay Volontir Kişinyovun mərkəzi qəbristanlığında dəfn olunub (Rosbalt).

KİV-in məlumatına görə, tabut milli himnin və yaylım atəşi sədaları altında qəbirə endirilib.

Bir neçə kvartal boyunca uzanıb gedən təntənəli dəfn mərasimində müxtəlif siyasi qüvvələrin nümayəndələri görünüb.

Kişinyovun mərkəzində keçirilən eriraz aksiyasının təşkilatçıları öz tədbirlərini növbəti günə keçirməklə, dəfn gününü artistin çəkilmiş olduğu filmlərin nümayişinə həsr ediblər.

Moldova prezidenti Nikolay Timofti dəfn günü ölkədə matəm elan edib. Həmin gün Modovanın qara lentli dövlət bayrağı endirilib, televiziya və radiolarda bütün əyləncə tədbirləri ləğv olunub.

Allah rəhmət eləsin!

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol