Menu

Kiyevdə Türkiyəyə dəstək mitinqi keçirildi - FOTOLAR

20.09.2015, 15:06
Kiyevdə Türkiyəyə dəstək mitinqi keçirildi - FOTOLAR

Bu gün Ukrayna vaxtı ilə saat 13.00-da Kiyevdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşəbbüsü ilə Türkiyənin terror əleyhinə mübarizəsinə dəstək məqsədilə yürüş-mitinq keçirilir. 

UABD-nun sədri, Türk Şurasının Kiyev ofisinin koordinatoru Hikmət Cavadovun Azadinform-a verdiyi məlumata görə, yürüş-mitinqə Kiyevdə fəaliyyət göstərən Türk diasporunun nümayəndələri də qatılacaq.

H.Cavadov bildirib ki, Kiyevin ən böyük meydanlarından olan Maydanda reallaşacaq yürüş-mitinqə 200-dən çox Azərbaycan və Türk diaspor üzvlərinin qatılacağı gözlənilir: “UABD-nin, xüsusən də hər iki ölkə gənclərindən Deniz Çelebi və Beyrək Allahyarovun təşəbbüslərinin yürüş-mitinqə daha böyük töhfə verəcəyini düşünürük. Aksiyada Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, terroru lənətləyən şüarlar qaldırılacaq. Yürüş-mitinq üçün rəsmi icazəni Kiyev meriyasından Azərbaycan diasporu olaraq UABD alıb”.(aznews.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol