Menu

Deputat müdafiə nazirini parlamentə çağırdı

03.02.2014, 14:14
Deputat müdafiə nazirini parlamentə çağırdı

“Ermənistan -Azərbaycan konfliktinin bugünkü durumu haqda Milli Məclis qapalı şəkildə müzakirə aparmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu təkliflə millət vəkili İqbal Ağazadə parlamentin bugünkü iclasında çıxış edib.

O qeyd edib ki, mart ayında Milli Məclisdə hesabat verilirkən güc strukturları, Müdafiə Nazirliyi, DİN, XİN nazirliklərinin rəhbərləri də tam tərkibdə burda iştirak edib hesabat verməlidir:

“Ya da qapalı şəkildə münaqişə əlahiddə qaydada müzakirə olunmalıdır. Sonuncu dəfə bu cür müzakirələr 2001-ci ildə baş verib. O vaxtdan bəri 13 il keçib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol