Menu

Xarici şirkətlər Türkmənistanı tərk edir – Növbəti “olimpiada böhranı”

21.09.2015, 17:55
Xarici şirkətlər Türkmənistanı tərk edir – Növbəti “olimpiada böhranı”

Türkmənistan bir çox xarici şirkətlər ölkəni tərk etməyə başlayıb.

AzPolitika.info-nun Dunyabulteni.net-ə istinadən verdiyi məlumata görə, hökumətdən adı açıqlanmayan mənbə bildirib ki, əsas diqqət 2017-ci ildə Türkmənistanda keçiriləcək Asiya Oyunlarına yönəldiyindən, dövlət xarici şirkətlərə borclarını ödəyə bilmir.

Qeyd olunur ki, “Asiya Oyunları”na görə strateji obyektlərin də inşaatı dayandırılıb.

Türkmənabad şəhərində beynəlxalq hava limanının tikintisini həyata keçirən Ukraynanın “Altcom” şirkəti 2 aydır Türkmənistan dövlətindən pul ala bilmir və 700 işçisindən 670-ini “özhesabına” məzuniyyətə göndərib.

Bu cür hallar işini itirən türkmənlər arasında da narazılığa səbəb olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol