Menu

Avropa İnsan Hüquqları Məhkəməsinin yeni sədri seçildi

21.09.2015, 19:42
Avropa İnsan Hüquqları Məhkəməsinin yeni sədri seçildi

Bu gün Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) plenar toplantısında gizli səsvermə yolu ilə məhkəmə öz yeni sədrini seçib.

Bu posta İtaliyanın AİHM-dəki hakimi Guido Raymondi seçilib və onun sədrlik səlahiyyətləri bu ilin noyabr ayının 1-dən qüvvəyə minəcək. O, bu vəzifədə mandatı bu ilin oktyabrın 31-də başa çatan Lüksemburqlu Din Şpilmanı əvəz edəcək.

Qeyd edək ki, İtaliyanın Neapol şəhərindən olan Guido Raymondi 2010-cu ildən İtaliyanın AİHM-dəki hakimi, 2012-ci ildən isə Məhkəmənin vitse-prezidenti və şöbə müdiri vəzifələrində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol