Menu

“Ukrayna NATO-ya üzv olmağa hazır deyil...” - Poroşenko

21.09.2015, 22:46
“Ukrayna NATO-ya üzv olmağa hazır deyil...” - Poroşenko

Ukrayna hazırkı məqamda NATO-ya üzv olmağa hazır deyil və alyans da eyni fikirdədir. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Lvovda NATO baş katibi Yens Stoltenberqalə birgə keçirdiyi brifinqdə bildirib.

“Ukrayna NATO üzvü olmağa hazırdımı? Cavab çox sadədir – yox. Biz buna hazırlaşmalıyıq. Ancaq mən deməliyəm ki, hər şey etməliyik ki, Ukraynanı dəyişdirək və onu Avropa Birliyinin üzvü edk. Amma NATO-nun qapıları Ukrayna üçün 2008-ci ildən açıqdır” – qeyd edib Poroşenko.

Öz növbəsində Stoltenberq bəyan edib ki, Kiyev ölkədə reformaları başa çatdırandan sonra NATO-ya üzvlük üçün ərizə verə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol