Menu

İqtisad Universitetində fakültələr və kafedralar birləşdirildi

23.09.2015, 14:02
İqtisad Universitetində fakültələr və kafedralar birləşdirildi

Azərbaycan Dövlət İqtisad Universitetində idarəetməni təkmilləşdirmək və səmərəli idarəetmə formalarını seçmək üçün struktur islahatları aparılıb.Universitetdən verilən məlumata görə, Elmi Şurada qəbul edilən qərara əsasən, “Maliyyə” və “Uçot-iqtisad” fakültələri birləşdirilərək, “Maliyyə və mühasibat” fakültəsi yaradılıb.

Bundan əlavə  “Qeyri-ərzaq malları əmtəəşünaslığı və ekspertizası” ilə “Ərzaq malları əmtəəşünaslığı və ekspertizası” kafedraları birləşdirilərək, “İstehlak mallarının ekspertizası” kafedrası yaradılıb. Bundan əlavə, “İqtisadi nəzəriyyə 1” kafedrasının adı dəyişdirilərək, “İqtisadi nəzəriyyə”, “İqtisadi nəzəriyyə 2” kafedrasının adı isə “Nəzəri və praktiki iqtisadiyyat” kafedrası adlandırılıb. “Azərbaycan tarixi”, “Fəlsəfə” və “Politologiya” kafedraları birləşdirilərək, “Humanitar fənnlər” kafedrası yaradılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol