Menu

AZƏRBAYCAN DİPLOMATİYASININ İFLASI - 73-dən yalnız 10-nu...

23.09.2015, 19:56
AZƏRBAYCAN DİPLOMATİYASININ İFLASI - 73-dən yalnız 10-nu...

Azərbaycanın İspaniyadakı səfiri vəzifədən azad olunsa da, o, postunu tərk etməyib.

ANS PRESS-in məlumatına görə, prezidentin fərmanı ilə cari ilin may ayından Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev öz vəzifəsindən geri çağırılıb. Ancaq A.Əfəndiyev bu günə qədər, nəinki, öz kabinetini azad etməyib, hətta, ölkənin elçisi kimi öz fəaliyyətini davam etdirir. Səfirliyin saytında indiyə qədər göstərilir ki, A.Əfəndiyev İspaniyada Azərbaycanın səfiridir.

Səfirlikdən saytlara açıqlamada isə Altay Əfəndiyevin yerinin boş olduğu deyilir. Lakin onun hal-hazırda vəzifəsini yerinə yetirib - yetirməməsi sualına cavab verməkdən imtina edən səfirlik, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciət etməyi məsləhət görür. Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidməti də susur və mövqe bildirmək istəmir.

Altay Əfəndiyev - Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri

Bu, Azərbaycan diplomatiyasının 96 illik tarixinə yaraşmır. 1919-cu il iyulun 9-da Azərbaycan

“Diplomatik xidmət haqqında” qanunun 11.2 maddəsinə Azərbaycan diplomatlarının yol verdikləri nöqsanlarla bağlı xüsusi əlavə daxil edilıb: “Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə, habelə, Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilərlər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol