"Bu gün etibarilə Türkiyəyə yönəlik terror təhdidinin bəli qırılıb". Bu sözləri Türkiyənin baş nazir Əhməd Davudoğlu Nyu-Yorkda TURKEN vəqfinin təşkil etdiyi axşam yeməyində deyib. Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, Davudoğlu iyul ayında İŞİD, DHKPC və PKK-ya istiqamətli əməliyyatlarla terror təhdidinə zərbə endirildiyini ifadə edərək, deyib: "Terrorla mübarizədə 20-23 iyul arasında ard-arda İŞİD, DHKPC və PKK terror təşkilatlarının hücumlarına məruz qaldıq. Bu hücumlar qarşısında 3 günlük müddət içərisində daha əvvəl də davam edən hücum və təxribatlarla birlikdə hər üç terror təşkilatına qarşı eyni vaxtda bir əməliyyatı başlatdıq.
Son dövrdə sərhəd ötəsində aparılan əməliyyatlarla PKK və İŞİD-in sığınacaqlarına böyük zərər verildiyini qeyd edən Davudoğlu bildirib ki, Şimali İraqda PKK-nın sığındığı sığınacaqlar, sursat anbarları, qərargahları, Suriyada İŞİD-in Türkiyəyə qarşı təhdid meydana gətirən bütün strukturları və sığınacaqları əhəmiyyətli ölçüdə zərərsizləşdirilib. "Ölkə içində də şəhərlərimizdə ictimai asayişin təmin edilməsi istiqamətində böyük bir məsafə qət edilib", - Davudoğlu deyib.


Şərhlər