Rusiyanın Suriyada hava əməliyyatları fonunda Səudiyyə Ərəbistanı Krallığı dünya bazarına çıxardığı neftin qiymətində endirimlər elan edib.
AzPolitika.info-nun “Bloomberg”ə istinadən verdiyi məlumata görə, “Saudi Arabian Oil Co” noyabr ayı üçün Asiyaya satdığı xam neftin bir barelində regional həddə nisbətən 3,20 dollar endirim planlaşdırıb. Bu isə Səudiyyə Ərəbistanının nefti üzrə okytabr ayına olan qiymətdən 1,30 dollar endirim təşkil edir. Bu göstərici həm də Dubay neftindən 1,6 dollar ucuzdur.
“Brent” neftinin bir bareli üzrə qiymətin 50 dollardan aşağı enmək üzrə olduğu vaxtda “Saudi Aramco” şirkəti Uzaq Şərq üçün ağır neftdə bir barel üzrə 2 dollar, ABŞ üçün isə 0,3 dollar eniş elan edib.
Bununla da, ekspertlərin fikrincə, ər-Riyad Rusiyaya növbəti iqtisadi zərbənin vurmağı planlaşdırır.

Şərhlər