Menu

PKK-nı dəstəkləməyən İraq kürdləri girov alındı

05.10.2015, 16:37

pkk-qarabagŞimali İraqda Kandil dağı yaxınlığındakı Zergele kəndində yaşayan bəzi kəndlilər PKK-dan düşərgələri bölgədən uzaqlaşdırmağı tələb etdiyinə görə girov götürülüb.

AzPolitika.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Şimali İraqda Kürdüstan Muxtariyyətinin deputatı Ferset Sofi bildirib.

Onun sözlərin görə, Erbilin Revanduz mahalına bağlı olan Zərgələ kəndinin muxtarı İsmail Abdullah və kəndin nüfuzlu şəxsləri Səlim Xıdırla Cegır Cebar PKK terrorçuları tərəfindən girov götürülüb.

Barzaniya yaxınlığıyla tanınan Ferset Sofi kürdlərin “Rudaw” kanalına müsahibəsində vurğulayıb ki, “nə PKK, nə də başqası Kürdüstan bölgəsinə gələrək hər hansı rəsmi sənəd olmadan vətəndaşları saxlaya bilməz”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol