Menu

Azərbaycanda milyarderin qardaşı deputatlığa namizəd oldu

06.10.2015, 09:54
Azərbaycanda milyarderin qardaşı deputatlığa namizəd oldu

Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun qardaşı Fərəc Əhmədov da qarşıdan gələn parlament seçkilərində iştirak edəcək.

Modern.az saytının verdiyi xəbərə görə Teymur Əhmədov adına “Göyçay AzNar” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Fərəc Əhmədovun deputatlığa namizədi rəsmən qeydə alınıb.

O, 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən mandat uğrunda mübarizə aparacaq.

Namizədin qardaşı Fərhad Əhmədov 15 yaşında Bakını tərk edərək Moskvaya gedib. Uzun illərdir biznes fəaliyyəti ilə məşğul olan Fərhad Əhmədov Rusiyanın ən varlı iş adamlarından sayılır. O, 2004-cü ildə “Forbes” jurnalının zənginləri siyahısına düşüb.

İlk vaxtlar F.Əhmədovun sərvəti 330 milyon dollar dəyərində qiymətləndirilirdi.

Hazırda 1,3 milyard dollar sərvəti olduğu ehtimal edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol