Menu

"Bakcell" məhkəməyə verildi - 752 min manat tələb olunur

10.10.2015, 16:12
"Bakcell" məhkəməyə verildi - 752 min manat tələb olunur

Azərbaycanın dövlət qurumu mobil operator şirkətindən 752 min manat tələb edir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi "Bakcell LTD" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

"Report”un məlumatına görə, "Aztelekom" MMC-yə qarşı 752 140.07 manat zərərin alınması barədə tələb irəli sürüb.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Aztelekom" 1992-ci ilin avqust ayında yaradılıb.

1994-cü ildə təsis edilən "Bakcell" isə Azərbaycanda mobil rabitə xidmətləri göstərən ilk şirkətdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol