Menu

"Əvvəldən bəri şübhələrim var idi" - Obama

12.10.2015, 12:13

obama-halo-ap-new-550x362ABŞ prezidenti Barak Obama bu günlərdə ləğv olunmuş Suriyalı müxaliflərə hərbi yardım və təlim proqramı ilə bağlı lap əvvəldən şübhələrinin olduğunu deyib.

AzPolitika.info-nun Qərb mətbuatına istinadən verdiyi məlumata görə, CBS-in qonağı olan Obama bildirib ki, o, proqram başlayandan bəri Suriyada "vəkil ordu" yarada biləcəklərinə inanmırdı.

Obamanın sözlərinə görə, Ağ EV bütün şübhələrə rəğmən, mülayim müxalifətdən İŞİD-ə qarşı mübarizədə yararlana bilib-bilməyəcəyini sınayıb, eyni zamanda mümkün variantları yoxlamaq istəyib.

"Öyrəndiyimiz isə bu oldu: Əsəd hakimiyyətdə qaldığı müddətdə bu adamları İŞİD-ə qarşı mübarizəyə istiqamətləndirmək olduqca çətin olacaq", - deyə prezident vurğulayıb.

O qeyd edib ki, İraqın və Suriyanın yerli sünni əhalisi "ortaq iş görməsə", İŞİD-dən xilas olmaq mümkün deyil.

"Suriyada siyasi durumun bu qədər həssas və oyunçuların bu qədər çox olduğu zamanda əlimizdə sehirli çubuq yoxdur. Əsas prioritetimiz Amerika xalqının təhlükəsizliyini qorumaq və Suriyada mülayim müxalifəti dəstəkləyərək, İran və Rusiyanı keçid üçün Əsədə təzyiq etməyə razı salmaqdır", - deyə prezident əlavə edib.

O, həmçinin Əfqanıstan və İraqa qoşun göndərməyin səhv olduğunu deyərək, Suriya, Yəmən və Liviyaya "güc nümayişi" üçün qoşun göndərmək çağırılşlarını qəbul etmədiyini deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol