Menu

NATO bu ölkəni öz sıralarına dəvət etmək istəyir

12.10.2015, 14:57

NATONATO-ya üzv olan ölkələr Çernoqoriyanın (Monteneqro) da alyansa dəvət olunmasını getdikcə daha çox dəstəkləyir.

AzPolitika.info-nun "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə NATO baş katibi Yens Stoltenberq Norveçin Stavanqare şəhərində NATO PA-nın iclasında bildirib.

O, ABŞ tərəfindən də bu məsələ ilə bağlı "siqnal" olduğunu, Çernqoriyanın NATO üzvlüyünə ictimai dəstəyin olacağı və başlıca sahələrdə, xüsusilə də hüquqi dövlət quruculuğuna proqresi davam etdiriləcəyi şərti ilə ABŞ-ın razılıq verdiyini deyib.

"Dekabrın əvvəlində nazirlərin görüşü zamanı mən daha dəqiq cavab verə biləcəyimə ümid edirəm. Çernoqoriyanı dəvət edib-etməməyimizlə bağlı müzakirə edib qərar verəcəyik", - deyə NATO baş katibi qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol