Menu

Rusiya İŞİD-in silah-sursat ehtiyatının böyük hissəsini məhv edib - AÇIQLAMA

12.10.2015, 16:53

ISIS-IraqRusiyaın endirdiyi hava zərbələri nəticəsində "İslam dövləti" (İŞİD) qruplaşmasına aid böyük miqdarda silah-sursat, hərbi texnika üçün yanacaq depoları və strateji obyektlər məhv edilib.

AzPolitika.info-nun TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, soz günlərdə qruplaşma üzvləri Suriya qoşunları ilə təmas xəttinə yeni silah və texnika cəlb etməyə çalışır, lakin gətirilən silah-sursatın böyük hisəsi hava zərbələri nəticəsində məhv edilir.

Konaşenkov İŞİD-in "paytaxt bölgəsi" olan Raqqa vilayətindən digər mövqelərə silah daşınmasının qarşısının alındığını, terrorçuların silah ehtiyatının böyük hissəsinin müəyyən edilərək havadan zərbələrə məruz qaldığını vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol