Menu

Azərbaycanda sığorta şirkətinin neçəyə satıldığı açıqlandı

15.10.2015, 11:50
Azərbaycanda sığorta şirkətinin neçəyə satıldığı açıqlandı

“AzRe Təkrarsığorta” ASC “Çartis Azərbaycan Sığorta Şirkəti” ASC-nin səhmlərinin 100%-ni alınmasına 6,5 milyon manat investisiya yatırıb.

Bunu “Marja”ya “AzRe Təkrarsığorta” ASC-nin İdarə heyətinin sədr müavini Vüsal Abbasov bildirib.

O deyib ki, hazırda şirkətin yenidən fəaliyyətini qurmaq üçün strategiya hazırlanır. Şirkət daha çox korporativ müştərilərə fokuslanacaqdır.

Vüsal Abbasov qeyd edib ki, “Çartis Azərbaycan Sığorta Şirkəti” ASC-nin adının dəyişdirilməsi gündəmdədir.

Qeyd edək ki, 30 sentyabr 2015-ci il tarixində “AzRe Təkrarsığorta” ASC “Çartis Azərbaycan Sığorta Şirkəti” ASC-nin səhmlərinin 100%-ni almışdır.

“Çartis Azərbaycan Sığorta Şirkəti” ASC qabaqcıl beynəlxalq sığorta şirkətlərindən olan American International Group, Inc. (AIG Inc.) şirkətinin törəmə cəmiyyəti kimi 15.01.1999-cu ildə təsis olunmuşdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol