Menu

Rusiya ilə İraqın yaxınlaşması ABŞ-ı narahat edir!

20.10.2015, 21:12
Rusiya ilə İraqın yaxınlaşması ABŞ-ı narahat edir!

Xarici KİV-in məlumatına görə, «İslam dövləti» terrorçu qruplaşması ilə mübarizə üzrə ABŞ siyasətinin koordinatoru Con Allen İraqın baş naziri Haydar əl-Abadiyə bəyan edib ki, Vaşinqton Bağdadla Moskvanın yaxınlaşmasından narahatlıq keçirir (Rosbalt).

«Con Allen Haydar əl-Abadini məlumatlandırıb ki, Vaşinqton İraqın Rusiya ilə alyans yaratamasından narahatdır və deyib ki, ABŞ prezidenti Barak Obama (İŞİD-lə mübarizədə - red.) onun rolu ilə maraqlanır. Məgər İraq ABŞ-a minnətdar olmalı deyil?»-deyə, Londonda nəşr olunan «Əş-Şərq əl-Ausat» ümumərəb qəzeti sitat gətirir.

Bundan əvvəl əl-Abadi bəyan edib ki, o, ABŞ-ın başçılıq etdiyi koalisiyanın «İslam dövləti» qruplaşmasına qarşı apardığı mübarizədən məyusluq hissi keçirir. Əl-Abadi qeyd edib ki, bu mübarizə Rusiyanın və İranın da iştirak edəcəyi geniş koalisiya tələb edir. Mənbənin məlumatına görə, Allen əl-Abadidən «Rusiya ilə əməkdaşlığı davam etdirməməyi» xahiş edib.

Qeyd edək ki, bundan əvvəl İraq ordusunun könüllülərdən ibarət qüvvələrinin komandiri Hassan əl-Sari bəyan edib ki, İraqın ordusu ölkə ərazisində və bölgədə «İslam dövləti» ilə mübarizədə Rusiyanın və İranın köməyini alqışlayır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol