Menu

Həbs olunmuş MTN əməkdaşları haradadır? - Penitensiar Xidmətdən açıqlama

22.10.2015, 18:35
Həbs olunmuş MTN əməkdaşları haradadır? - Penitensiar Xidmətdən açıqlama

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) barələrində həbs qətimkan tədbiri seçilmiş daha 3 əməkdaşının adı məlum olub.

Trend xəbər verir ki, onlar MTN Monitorinq Mərkəzinin əməkdaşları Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizovdur.

Bu şəxslər də Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxslərin artıq Bakı İstintaq Təcridxanasına köçürüldüyü haqqında məlumat yayılsa da, Penitensiar Xidmətdən Trend-ə bildiriblər ki, bu barədə onlarda hər hansı informasiya yoxdur: “Çox informasiya yaya bilərlər. Bizdə dediyiniz məsələ ilə bağlı məlumat yoxdur. Bu barədə daha geniş məlumat sabah veriləcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol