Menu

Bakıda daha iki polis bölməsinə yeni rəis təyin olundu

24.10.2015, 10:40
Bakıda daha iki polis bölməsinə yeni rəis təyin olundu

Daxili işlər orqanlarında yeni təyinatlar həyata keçirilib.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. Əmrə əsasən Bakı şəhər Baş Polis İdarəsində çalışan Nizami Novruzov tutduğu vəzifədən azad edilərək Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin rəis müavini Elşən Tağıyev vəzifəsindən azad edilərək Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

Xatırladaq ki, son günlər Bakıda bir sıra polis bölmələrinin rəisləri dəyişdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol