"Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Zükerberq həyat yoldaşı Pirssila Çan ilə birlikdə özəl ibtidai məktəb açır.
AzPolitika.info-nun məlumatına görə, Zükerberq bu barədə özünün "Facebook" səhifəsində bildirib.
Onun sözlərinə görə, bu məktəbə uşaqlar hələ doğumdan əvvəl qəbul ediləcəklər. 2016-cı ilin avqust ayından fəaliyyətə başlayacaq məktəbdə doğumdan əvvəl qeydiyyatda olan uşaqlar üç yaşı olanda dərsə gələ biləcək.
Zükerberqin fikrincə, təhsil və səhiyyə uşaqların yetişməsində müştərək təşkil olunmalıdır.


Şərhlər