Menu

Bakı-Sumqayıt yolunda böyük tıxac - Avtomobillərin hərəkəti dayandı

24.10.2015, 23:31
Bakı-Sumqayıt yolunda böyük tıxac - Avtomobillərin hərəkəti dayandı

Bakı-Sumqayıt yolunda aparılan işlərlə əlaqədar böyük tıxac yaranıb, avtomobillərin hərəkəti dayanıb.

AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, tıxac Avtovağzal Kompleksinin qarşısında baş vermiş sürüşmə ilə əlaqədar yolda yaranmış çatların aradan qaldırılması və yeni asfaltın çəkilməsi səbəbindən yaranıb.

Qeyd edək ki, oktyabrın 7-də Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı istiqamətində gələn yolda sürüşmə baş verib. Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, avtovağzalın yola yaxın həyətində iri çatlar yaranıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol