Menu

Rusiya İran üçün S-300 kompleksləri təkmilləşdirir

27.10.2015, 16:49
Rusiya İran üçün S-300 kompleksləri təkmilləşdirir

Rusiyanın “Rosoboreneksport” dövlət şirkəti İran üçün S-300 raket komplekslərinin təkmilləşdirilməsi üzərində işləyir.

AzPolitika.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə şirkət rəhbəri Anatoliy İsaykin bildirib.

“İran üçün S-300 kompleksləri ilə bağlı müqavilənin icrası dayandırılmışdı. İşləri bərpa etmək göstərişi verilidi və biz icraçı kimi bu işi görürük. Lakin çox vaxt keçib, S-300 sistemi dəyişib, biz bu sistemin təkmilləşdirilməsi üzərində çalışırıq. Kommersiya danışıqları aparılır, onlar da artıq bitmək üzrədir”, - deyə A.İsaykin qeyd edib.

Onun sözlərinə görə, İranın Rusiyaya qarşı irəli sürdüyü (sistemlərin quraşdırılmamasına görə) 4 milyard dollarlıq iddianın geri götürülməsi barədə razılıq əldə olunub.

O, müqavilən tam yerinə yetiriləcəyinə əmin olduğunu bildirib. Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya 2015-ci ilin sonuna kimi İrana S-300 komplekslərinin çatdırılmasını bitirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol