Menu

Taliblər daha bir şəhəri ələ keçirdi

28.10.2015, 15:21
Taliblər daha bir şəhəri ələ keçirdi

"Taliban" qruplaşmasının döyüşçüləri Əfqanıstanın Darkad şəhərini ələ keçiriblər.

AzPolitika.info-nun məlumatına görə, bu barədə "Pajvok" agentliyi xəbər yayıb.

Bildirilir ki, döyüşçülər şəhəri bu səhər erkən saatlarında zəbt ediblər. Əfqan polisi "taktiki olaraq geri çəkildiyini və istənilən an şəhərə qayıdacağını" bəyan edib.

Ölənlər və yaralananlar barədə məlumat yoxdur.

Bundan əvvəl taliblər Kunduz şəhərini ələ keçirmiş, amma hökumət və NATO qoşunları ilə qarşıdurma zamanı yerli sakinlərin həyatını təhlükəyə atmamaq üçün geriyə çəkildiklərini bəyan etmişdilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol