Menu

Qaçqın düşərgələrinin ünvanları məxfiləşdirildi

28.10.2015, 15:24

150829222818_migrants_greece_border_624x351_getty_nocreditİsveçin Miqrasiya İdarəsi qaçqın düşərgələrinin ünvanlarını məxfiləşdirmək qərarı alıb.

AzPolitika.info-nun "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, qurumun nümayəndəsi Mikael Ribbenvik bildirib ki, bu qərar qaçqınlara qarşı hər təxribatların, düşərgələrdə törədilən yanğınların qarşısını almaq üçün verilib.

Onun sözlərinə görə, bundan sonra qaçqın düşərgələrinin ünvanlarını əldə etmək mümkün olmayacaq. Həmçinin qaçqın düşərgələrində mühafizənin dəfələrlə gücləndirildiyi bildirilir.

Bu yaxınlarda Stokholmda qaçqın düşərgələrinin birində yanğın törədilmiş, hadisəni törədənlər isə qaçıb gizlənmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol