Menu

Azərbaycan Qazaxıstandan buğda idxalını kəskin azaldıb

31.10.2015, 11:54

taxilAzərbaycan cari ilin yanvar-sentyabr aylarında Qazaxıstandan 38,7 min ton buğda idxal edib.

"APA-Economics" Qazaxıstanın Maliyyə Nazirliyinin açıqladığı statistikaya istinadən məlumat verir ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 88,2% azalıb.

Qazaxıstan Azərbaycana ixrac etdiyi 38,7 min tonluq buğdaya görə büdcəsini 8,7 mln. dollarla zənginləşdirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol