Türkiyədə parlament seçkilərində səslərin 98 faizinin sayılmasından sonra əldə olunan nəticələr aşağıdakı kimidir.
AKP - 316
CHP- 133
MHP - 42
HDP - 59
***
Türkiyəndə bu gün keçirilən parlament seçkisində səsvermə başa çatıb və sandıqlar açılıb.
AzPolitika.info-nun məlumatına görə, səslərin təxminən 80 faizinin sayılmasından sonra AKP-nin böyük uğur qazandığı şübhə doğurmur.
İlkin nəticələrə görə, Ədalət və İnkişaf Partiyası (AKP) AKP 51,76 faiz səslə parlament seçkilərində liderlik edir. CHP 22,65, MHP 11,41, HDP 10,40, digərləri isə 3,78 faiz səs toplayıb.
Səslərin sayılması davam edir.
Bu nəticələrə görə, AKP parlamentdəki yerlərin təxminən 320-dən artığını qazanmış olur ki, bu da 7 iyun seçkilərilə müqayisədə azı 70 mandat artıq deməkdir. Bu nəticələrlə AKP yenidən təkbaşına hökumət qurmaq şansını əldə edir.
Səslərin 80 faizinin sayılmasından sonra əldə olunan mandat sayı aşağıdakı kimidir:
AKP - 323
CHP- 128
MHP - 43
HDP - 56
AKP-yə təkbaşına hökumət qurmaq üçün 276 mandat kifayət edirdi.
-----------
Xəbər verdiyimiz kimi Türkiyədə parlament seçkiləri başa çatıb və səslər sayılmağa başlayıb. Musavat.com xəbər verir ki, ilkin məlumatlar artıq açıqlanır. Yerli vaxtla saat 19:30-a olan nəticələrə görə AKP 50 faizə yaxın səs yığıb. HDP isə 10 faiz səs toplayıb. HDP-nin barajı keçməmə ehtimalı var.
Səslər sayıldıqca AKP-nun təkbaşına hökumət qurma şansı artır.
AzPolitika


Şərhlər