Menu

​Dollar bahalaşmağa başladı

06.11.2015, 18:39
​Dollar bahalaşmağa başladı

Beynəlxalq bazarların maraqla gözlədiyi ABŞ-da Oktyabr ayı kənd təsərrüfatı xaric məşğulluq hesabatı açıqlandı.

ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq 271 minlə gözləntilərin çox üzərində baş tutdu.

İşsizlik faizi 5%-ə gerilədi.

İqtisadçılar kənd təsərrüfatı xaric məşğulluğun ötən ay 180 min artacağını, işsizlik nisbətinin isə dəyişməyərək 5,1%-də qalacağını gözləyirdilər.

AVQUST VƏ SENTYABR RƏQƏMLƏRİ DƏYİŞDİRİLDİ

Avqust ayı məşğulluq artımı 136 mindən 153 minə artırılıb, Sentyabr göstəricisi isə 142 mindən 137 minə endirilib.

SAATLIQ MAAŞLAR 6,5 İLİN ZİRVƏSİNDƏ

Saat başına maaşlar illik müqayisədə 0,4 faiz artımla 2009-cu ilin ortasından bu yana ən yüksək artımı qeyd edib.

FED FAİZİ ARTIRIB DOLLARAI DAHA DA BAHALAŞDIRACAQ

ABŞ-da məşğulluq göstəricisi Fedin Dekabr toplantısı ərəfəsində böyük əhəmiyyət daşıyır. Fed Sədri Janet Yellen, qarşıdakı ay faizdə arış olacağını bildirmiş, məlumatlara baxacaqlarını qeyd etmişdi. Məşğulluğun artması ABŞ iqtisadiyyatında işlərin yolunda getdiyinə işarə edir. Kənd təsərrüfatı xaric məşğulluq rəqəminin güclü çıxması Dekabrda faiz artırılacağı ehtimalını gücləndirir. Bu da dolların kəskin bahalaşa biləcəyi deməkdir. Çünki pulun əldə edilməsi bahalaşacağından dövriyyəyə dolların buraxılması sürəti aşağı düşəcəkdir. Eyni zamanda, güclü dollara görə kapital inkişaf etməkdə olan ölkələrdən ABŞ-a yönələcəkdir.

DOLLAR İNDİDƏN BAHALAŞIR

Məlumatın açıqlanmasının ardınca avro dollar qarşısında 1,2%-ə yaxın ucuzlaşaraq 1.0731 dollara düşdü (Dollar bahalaşıb). Xatırladaq ki, bir ay əvvəl avro/dollar məzənnəsi 1.15 dollar səviyyəsində idi. Dollar 1 ayda 7% bahalaşıb. İlin sonunda 1 avronun 1 dollara bərabər olacağı gözlənilir.

AZƏRBAYCAN MANATINA DA TƏSİR EDİR

1446558605_dollar-manat-merkezi-bankDolların bütün dünyada bahalaşması inkişaf etməkdə olan ölkələrin pul vahidinə, o cümlədən Azərbaycan manatına da təzyiq edir.

Qeyd edəki, Dolların bahalaşması ilə əlaqədar olaraq, Avro , Dollar qarşısında "ölməklə" bərabər, Azərbaycan manatı qarşısında da "ölür".

Bu gün Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə görə, 1 Avro 1.1424 manata bərabərdir. 21 Fevral 2015-ci il tarixindəki devalvasiya ilə 1 Avro 1.1950 manata bərabər edilmişdi. Həmin məzənnə ilə müqayisədə Avro manat qarşısında 4,5% ucuzlaşıb (Manat güclənib).

Bu il Avqustun 5-də 1 avro 1.2078 manata qədər yüksəlmişdi. Bu məzənnə ilə müqayisədə isə, son 3 ayda Manat Avro qarşısında 5,5 faiz bahalaşıb.

Azərbaycan Mərkəzi Bankı hələlik dollar/manat məzənnəsini 1.0498 səviyyəsi ətrafında saxlayır. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol