Menu

MTN-in daha bir şöbə rəisi işdən qovuldu

15.11.2015, 01:01
MTN-in daha bir şöbə rəisi işdən qovuldu

Milli Təhlükəsizlik Nazirliyinin daha bir şöbə rəisi tutduğu vəzifədən azad edilib. Nazir vəzifəsini müvəqqəti icra edən general Mədət Quliyev MTN-in Xətai rayon şöbəsinin rəisi Rafiq Hümbətovun işdən kənarlaşdırılması barədə əmr imzalayıb.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, Rafiq Hümbətov da MTN-in “boz kardinalı”, hazırda istintaqdan sonra təcridxanada saxlanılan Akif Çovdarovun “gözəgörünməz cəbhəsinin döyüşçülərindən” biri, üstəlik onun yaxın qohumu olub. Belə ki, R.Hümbətov general Akif Çovdarovun bacısının kürəkənidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol