Rusiya özünün Aralıq dənizindəki “Rostov-Don üzərində” dizel-sualtı gəmisindən İŞİD terror təşkilatının paytaxtı sayılan Raqqa şəhərinin kənarındakı obyektlərinə qanadlı raketlər buraxıb. Musavat.com-un məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hazırda hava və kosmik kəşfiyyat vasitələrinin köməyi ilə zərbənin nəticələri analiz edilir. Zərbə Misirdə A321 sərnişin təyyarəsinin İŞİD-çilər tərəfindən partladılması bəlli olandan sonra terrorçuların mövqelərinə zərbələrin gücləndirilməsi barədə Rusiya prezidenti Vladimir Putinin verdiyi sərəncam əsasında həyata keçirilib.
Raket zərbələrin hədəfi terrorçuların bazaları, silah-sursat anbarları və dislokasiya məntəqələri olub


Şərhlər