Menu

Rusiya Ukraynaya ərzaq embarqosu tətbiq edəcək

18.11.2015, 18:24
Rusiya Ukraynaya ərzaq embarqosu tətbiq edəcək

Rusiya 2016-cı ilin yanvarın 1-dən Ukraynaya ərzaq embarqosu tətbiq edəcək.

APA-nın məlumatına görə, bunu Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayev “Rossiya 24” telekanalına açıqlamasında deyib.

“Ukrayna Rusiyaya qarşı iqtisadi-maliyyə sanksiyalarına qoşulduğu üçün ərzaq embarqosu şəklində müdafiə tədbirləri görmək qərarına gəldik. Sadəcə bu qərar yanvarın 1-dək təxirə salınıb”, - deyə o bildirib.

Qeyd edək ki, Ukrayna hökumətinin iclasında baş nazir Arseni Yatsenyuk bildirib ki, Rusiyanın tətbiq edəcəyi ticarət embarqosu Ukraynaya 600 milyon dollar ziyan vuracaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol