Menu

Brüsseldə xüsusi əməliyyat zamanı 9 nəfər saxlanılıb

19.11.2015, 22:24
Brüsseldə xüsusi əməliyyat zamanı 9 nəfər saxlanılıb

Brüssel polisinin keçirdiyi xüsusi əməliyyat zamanı 9 nəfər saxlanılıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, saxlanılanlardan yeddisi şəhərin ətrafında yaxalanıb.

Parisdə törədilən terror aktlarının təşkilində şübhəli bilinən daha bir nəfər Brüsselin şimalındakı Laken rayonunda, doqquzuncu şəxs isə Jet və Molenbek-Sen-Jan kommunasında saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol