Menu

Fransızlar terrorçuların vətəndaşlıqdan çıxarılmasını istəyir

20.11.2015, 22:38
Fransızlar terrorçuların vətəndaşlıqdan çıxarılmasını istəyir

Fransızlar mühacirlərin vətəndaşlıqdan çıxarılmasını istəyib. Musavat.com xəbər verir ki, bu barədə məlumat Fransa mətbuatında yer alıb.Xəbərə görə, Fransada aparılan ictimai araşdırma zamanı fransızların 94 faizi terror hadisələri ilə bağlı məhkum olan immiqrantların vətəndaşlıqdan çıxarılmasını istəyiblər.

Bu təklifi terror hücumlarından sonra “əcnəbilərin düşməni” olaraq tanınan radikal sağçı Milli Cəbhə Partiyası tez-tez irəli sürürdü.

Hücumlardan sonra Fransa prezidenti Fransua Olland da Parlament qarşısında çıxışı zaman ilk dəfə bu təklifi gündəmə gətirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol