Menu

Suriyadakı əməliyyatlara Almaniya da qoşulur

01.12.2015, 13:32
Suriyadakı əməliyyatlara Almaniya da qoşulur

Almaniya hökuməti Silahlı Qüvvələrinin Suriyada terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə iştirakına dair qərar qəbul edib.

"Report" xəbər verir ki, bu haqda "France Presse" məlumat yayıb.

Qeyri-rəsmi mənbənin bildirdiyinə görə, parlament bu qərarı təsdiqləsə, o zaman Almaniya Suriyadakı beynəlxalq antiterror koalisiyasına qoşularaq, bölgəyə "Tornado" adlı kəşfiyyatçı təyyarə, hərbi gəmi və 1200-ə yaxın əsgər göndərəcək.

Məlumata görə, Fransa hökuməti noyabrın 13-də Parisdə törədilən terror aktlarından sonra Almaniyadan Suriyadakı antiterror əməliyyatlarında iştirak etməsini istəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol