Menu

Xaricdə təhsil alan dindarlara pis xəbər

04.12.2015, 15:37
Xaricdə təhsil alan dindarlara pis xəbər

Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” qanununa dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən ölkədə islam dininə aid ayin və mərasimləri yalnız Azərbaycan vətəndaşları keçirə bilər. Amma bu xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarına qadağandır.

Bu, xaricdə təhsil alan Azərbaycan vətəndaşlarına əvvəllər də qadağan idi, amma onlar sonradan ölkədə təhsil almaqla maneəni aradan qaldırırdılar. Yeni düzəlişə görə isə indi bu mümkün olmayacaq.

Bundan başqa sənəddə ictimai yerlərdə dini şüarlar və digər dini atributların nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar isə yalnız ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər.

Yeni düzəlişlərlə əlaqədar Cinayət Məcəlləsinə də müvafiq əlavə edilib.

Xaricdə dini təhsil alan Azərbaycan vətəndaşı dini ayin və mərasim aparmağa görə, 1000 manatdan 5 min manatadək cərimə və ya 1 ilədək həbs cəzasına məhkum edilə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol