Bu ilin yanvar ayından oktyabr ayına qədər Azərbaycanda dövriyyədə olan nağd pullar 4150,4 milyon manat azalıb. ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin yanvar-oktyabr ayları üzrə açıqladığı hesabatda bildirilib.
Bu ilin yanvar ayında dövriyyədə olan nağd pulların həcmi 10145,3 milyon manat idisə, oktyabr ayında həmin göstərici 5994,9 milyon manat təşkil edib. Bu isə təxminən 41 faiz azalma deməkdir.
Bankın fiziki şəxslərin əmanətlərinin strukturu ilə bağlı hesabatında da qoyulan əmanətlərin məbləğində azalma müşahidə edilib.
Göstərilib ki, 2015-ci ilin sentyabr ayında banklardakı əmanətlərin ümumi məbləği 7311,8 milyon manat olduğu halda, oktyabr ayı ərzində 138,9 milyon manat azalaraq 7172,9 milyon manat təşkil edib.


Şərhlər