Menu

İŞİD-in Türkiyədə atelyesi ələ keçirildi - FOTOLAR

05.12.2015, 22:43
İŞİD-in Türkiyədə atelyesi ələ keçirildi - FOTOLAR

Türkiyədə bir çox canlı bomba hücumlarını təşkil İŞİD terror təşkilatı Qaziantep bölgəsində  intihar jileti hazırlayan bir atelye qurub. Musavat.com xəbər verir ki, ötən il xaricdən gətirilən canlı bomba jiletləri sərhəddə müsadirə edildiyi üçün, İŞİD üzvləri bunu özləri hazırlamağa başlayıblar. Bir ay öncə silahlı əməliyyat zamanı aşkarlanan atelyenin fotoları ortaya çıxıb. Fotoşəkillərdə tikiş maşını, parça hissələri, intihar gödəkçələri, ammonium nitrat maddəsi və dəmir toplar aşkarlanıb.

Ankarada 102 nəfərin öldüyü canlı bomba hücumundan sonra Ankara Təhlükəsizlik İdarəsinin  Terrorla Mübarizə Şöbəsi xüsusi əməliyyat qrupu yaradıb. Ankara terrorunda canlı bomba olan Yunus Emre Alagöz ilə şəxsiyyəti hələ təyin oluna ikinci canlı bombanın Qaziantepdəki terror təşkilatı ilə  əlaqəli olduğunu təyin edilib.

Polis, bu təcavüzkarları Qaziantepdən Ankaraya gətirən Halil İbrahim Durqunu təqibə alıb və təşkilatın sığınacağı, anbarları aşkara çıxarılıb. Polisin anbarda çəkdiyi fotoşəkillərdə, vakumlanmış minlərlə partlayıcı maddə və intihar gödəkçələri görünür. İntihar gödəkçələrinin bu anbardakı tikiş maşınlarında hazırlandığı bildirilib.

İŞİD-in Türkiyədə intihar gödəkçələri hazırlayan atelyesi ələ keçirildi - FOTOLAR  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir425/img1954603.jpg' target='_blank'>Yüklə</a>

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol