Menu

Nardaran hadisələri ilə bağlı Cəlilabadda əməliyyat: 1 nəfər saxlanıldı

11.12.2015, 18:21
Nardaran hadisələri ilə bağlı Cəlilabadda əməliyyat: 1 nəfər saxlanıldı

Nardaran hadisələri ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən əməliyyatlar davam edir.

Cəlilabad rayon Polis Şöbəsindən Trend-ə verilən məlumata görə, Nardaran hadisələri ilə bağlı Cəlilabadda keçirilən əməliyyat zamanı rayon sakini Ramin Əliyev saxlanılıb.

R.Əliyev Cəlilabad rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilib.

R.Əliyev "Müsəlman birliyi" adlandırılan təşkilata dəstək verməkdə təqsirli bilinərək həbs edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol