Menu

Kaliforniyada məscidin qəsdən yandırıldığından şübhələnilir

12.12.2015, 21:24
Kaliforniyada məscidin qəsdən yandırıldığından şübhələnilir

ABŞ-ın Kaliforniya ştatının cənubundaki Koaçella şəhərində məscid yanıb."Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, yanğın cümə namazından öncə baş verib. Xəsarət alan olmayıb.

Rəsmilər yanğının qəsdən törədildiyindən şübhələnir. Təhqiqatda Federal Təhqidat, habelə alkoqol, tütün, odlu silhalar və partlayıcılarla mübarizə büroları iştirak edir.

Qeyd edək ki, hadisə yerindən 125 km uzaqlıqda yerləşən San Bernardinoda radikal islamçı cütlük 14 nəfərin ölümünə yol açan hücum həyata keçirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol