Menu

Rusiyada qanadlı raket yaşayış evinin üstünə düşdü - FOTO

16.12.2015, 11:11
Rusiyada qanadlı raket yaşayış evinin üstünə düşdü - FOTO

Rusiyanın Arxangelsk vilayətinin Nenoks yaşayış məntəqəsi yaxınlığına qanadlı raket düşüb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə qanadlı raketin sınağı keçirilən zaman baş verib.

Raket nəzərdə tutulan istiqamətdən çıxaraq, yaşayış məntəqəsi yaxınlığında partlayıb. Raketin hissələri üçmərtəbəli yaşayış binasının üstünə düşüb və yanğın baş verib. Binanın sakinləri təxliyə ediliblər.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol