Menu

Səudiyyə Ərəbistanı neft hasilatını yenidən artırıb

20.12.2015, 13:07
Səudiyyə Ərəbistanı neft hasilatını yenidən artırıb

Səudiyyə Ərəbistanı neft hasilatını artıraraq sutkada 7,364 milyon barrelə çatdırıb.

"Report"un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, avqust ve sentyabr aylarında Səudiyyə Ərəbistanında neft hasilatı tədricən düşürdü, lakin oktyabrda yenidən artım müşahidə olunub.

Qeyd edək ki, avqust-sentyabr aylarında bu ölkədə neftin hasilatı sutkada 7.111 milyon barrel səviyyəsində idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol