Menu

"Gənclər şəhərciyi tikilməyəcək, mümkün deyil"- Gənclər və idman naziri

25.12.2015, 14:20
"Gənclər şəhərciyi tikilməyəcək, mümkün deyil"- Gənclər və idman naziri

"Yaxın gələcəkdə gənclər şəhərciyi tikilməyəcək." "Report" xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında açıqlama verib.

O bildirib ki, hazırkı bazar iqtisadiyyatı sistemində gənclər üçün şəhərciyin inşası mümkün deyil. Nazir əlavə edib ki, dövlət büdcəsindən pul ayrılaraq gənclərə ev tikilməsi də düzgün olmazdı: "Bütün bunları nəzərə alaraq, deyə bilərəm ki, yaxın gələcəkdə gənclər şəhərciyinin inşası gündəmdə olan məsələ deyil".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol