Menu

Qadağan edilən dərmanların 2-si Azərbaycanda istehsal olunur

04.01.2016, 11:41
Qadağan edilən dərmanların 2-si Azərbaycanda istehsal olunur

Azərbaycanda dövriyyəsi qadağan edilən dərman siyahısında ölkədə istehsal olunan 2 preparat yer alıb. Həmin dərmanlar "Bakıkimyaəczasənaye" ASC-də istehsal olunan Vişnevski mazı və 0,5%-lik novokain iynəsidir.

Bundan başqa, müxtəlif adda olan 844 seriya nömrəli dərmanların dövriyyəsi qadağan edilib. Həmin dərmanlar arasında Türkiyə (379) və Rusiya (178) istehsalı olan dərmanlar üstünlük təşkil edir. Sonrakı yerləri Hindistan, Rumıniya, Danimarka, İordaniya, Gürcüstan, Ukrayna, Polşa, Misir, Almaniya, Belarus və digər ölkələrin istehsalı olan dərmanlar tutur. /"Report"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol