Menu

Neftçilərin meyitlərinin Azərbaycana gətirilməsində problem

04.01.2016, 19:59
Neftçilərin meyitlərinin Azərbaycana gətirilməsində problem

Təyyarə 18 radələrində Türkmənistandan çıxmalı idi.

Xəzər dənizinin Türkmənistan sektorunda tapılan iki neftçinin Azərbaycana gətirilməsi yubanır.

“Günəşli” yatağında baş vermiş yanğınla əlaqədar yaradılan qərargahdan ans press-ə verilən məlumata görə, neftçilərin meyitlərini gətirən təyyarə 18 radələrində Türkmənistandan çıxmalı idi. Lakin yaranmış texniki nasazlığa görə, meyitlərin gətirilməsi prosesi bir az yubanır.

Qərargahdan bildirildi ki, ən qısa vaxtda neftçilərin meyitləri Azərbaycana gətiriləcək.

Ötən gün Xəzər dənizinin Türkmənistan sektorunda iki meyit tapılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol