AKP dünən gecə Türkiyə Baş naziri R.T.Ərdoğanla oğlu Bilal Ərdoğana aid olduğu iddia edilərək internetdə yayımlanan səs yazısını ABŞ-dakı bir səs studiyasında analiz etdirib və mövzu haqda hesabat alıb.
“Axar.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, studiyada aparılan işlər nəticəsində verilən hesabatda “səs yazısının montaj olduğu, səs yazısındakı səslərin kəsilib yapışdırılmış və kompüterdə əlavələr edilmiş olduğu” bildirilib.
Hesabatda “səs yazısındakı qırılmaların tək-tək təhlil edildiyi, səs yazısında bəzi yerlərdə iki sözün tək söz halına gətirildiyi” də qeyd edilib.
Studiyanın AKP-yə çatdırdığı hesabatda “əksik sözlərin kompüter səsləndirməsi ilə tamamlandığı” faktı da ortaya çıxıb. Səs yazıları haqqında detallı qeydlər aparılaraq yaradılan hesabatın qısa müddətdə Baş nazir Ərdoğana təqdim ediləcəyi bildirilir.
Qeyd edək ki, Türkiyənin səs mühəndisləri də 17 dekabr “böyük rüşvət və korrupsiya əməliyyatı” ilə bağlı baş nazir Ərdoğan və oğlu Bilal Ərdoğanın səs qeydlərinin ekspertizasını keçiriblər.
Səs mühəndislərindən Atilla Özdəmiroğlu tvt hesabından bir açıqlama yayaraq səs qeydlərinin montaj olmadığını bildirib. O qeyd edib ki, fərqli mənbələrdən montajlanan danışıq çox asan anlaşılır. Araşdirmalar göstərir ki, burada montajdan əsər-əlamət belə yoxdur. “Səs qeydləri təkrar olaraq ekspertizadan keçirilib, hər hansı montaj yoxdur və arxa plandakı danışıqlardan anlarsınız”, - o qeyd edib. İkinci arama olduqca təmiz bir xətt vasitəsilə həyata keçirilib.
Bu məsələ ilə bağlı daha bir açıqlama isə Ərdəm Halvaçıoğlu tərəfindən verilib. “Dostlar, səs qeydlərini təkrar dinlədim, bu qeydlər qəti şəkildə doğrudur, bir PND mühəndisi olaraq mənə güvənə bilirsiniz”, - ekspertizasını doğruluğuna əmin olduğunu bəyan edib.


Şərhlər